Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun rektoru “Nizami Gəncəvi-880” xatirə döş nişanı ilə təltif olunub



Newscenter.az.24.01.2022. Yanvarın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və digər incəsənət xadimlərinin iştirakı ilə “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, xatirə döş nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.

Təltif olunan ali təhsil müəssisələrinin rəhbərləri arasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev də olub.

Təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur.

Daha sonra Elnur Əliyev ali təhsil müəssisələrinin rəhbərlərinə, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrə, habelə yazarlar və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə döş nişanlarını təqdim edib.

R.Mehdiyeva
Xəbəri paylaş