Newscenter.az.24.01.2022. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin KİV-nə verdiyi son müsahibəsində, beynəlxalq hüquq normalarına uğun olaraq, Fransanın predentliyinə namizəd Valeri Pekserin ölkəmizin sərhədlərini pozaraq Xankəndinə səfər etməsini pisləməsi və “Biz Valeri Pekserin qanunsuz yolla Qarabağda olmasını bilsəydik geri qayıdan zaman onu saxlayardıq” deməsi Valeri Pekserin “xoşuna gəlməyib”. Azərbaycan qanunlarını kobudcasına pozması azmış kimi, dövlət başçısı olmağa can atan bu xanım Azərbaycan dövlətindən üzür istəmək əvəzinə, Azərbaycan Prezidentinin haqlı iradını “qəbuledilməz”, özünə qarşı “təhdid” adlandırmış və Fransa hökumətinin bu “təhdidə” susqun qalmamalı olduğunu bəyan etmişdir. Bu azmış kimi, Valeri Pekser təmsil etdiyi Respublikaçılar Partiyasını Fransa Senatında, Fransa Milli Assambleyasında, Avropa Parlamentində təmsil edən deputatları da daxil olmaqla 242 nəfərin imzası ilə Fransa Prezidenti Makrona müraciət göndərmişdir.
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Təkamül Partiyasının bəyanatında yer alıb. Partiya bildirib ki, Fransa predentliyinə namizəd Valeri Pekserin bu həyasız davranışı, fəaliyyətdə olan prezident Makron başda olmaqla Fransanın rəsmi şəxslərinin Azərbaycana qarşı düşmənçilik münasibətinin bundan sonra da daha ifrat dərəcədə davam edəcəyindən xəbər verir:
"Azərbaycan Təkamül Partiyası (ATP) hesab edir ki, Azərbaycanın dövlət orqanları, xüsusilə də Xarici İşlər Nazirliyi, bu cür hərəkətlərə səssiz qalmamalı, Azərbaycana qarşı təxribatçılıq hərəkətlərinə son qoyulmasını Fransadan tələb etməlidir. ATP, Valeri Pekserin və onu dəstəkləyənlərin Azərbaycana qarşı təxribatçı hərəkətlərini, bəyanatlarını pislədiyini bəyan edir və ölkəmizə qarşı belə hərəkətlərə son vermələrini qətiyyətlə tələb edir!
Azərbaycan Təkamül Partiyası hesab edir ki, Valeri Pekserin və digərlərinin Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməsinin bilavasitə baiskarı “sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulmuş Rusiyadır. Rusiya XİN-nin sözçüsü M. Zaxarovanın bu günlərdə səsləndirdiyi “Laçın koridorundan kimlərin keçməsi ilə bağlı qərarları Rusiya sülhməramlıları verir” deməsi Rusiyanın sülhməramlı kimi deyil, işğalçı kimi davrandığını bir daha təsdiq edir. ATP hesab edir ki, Rusiyanın “sülhməramlı” adı altında Azərbaycanın süveren hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə son qoyulması üçün qətiyyətli hərəkətlər atılmalı və Azərbaycanın Laçın koridoruna de-fakto nəzarət etməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. ATP, Azərbaycan dövlətinin bu istiqamətdə atacağı bütün tədbirləri dəstəkləyəcəyini bəyan edir".
Sevinc