İranlı nazir işğaldan azad olunan ərazilərə gedəcək
Tarix: 24-01-2022, 11:39
Newscenter.az.24.01.2022. İranın yol və şəhərsalma naziri Seyid Abbas Musəvi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.
O qeyd edib ki, Seyid Abbas Musəvinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.