Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarkisyanın istefası Ermənistana nə vəd edir?



Newscenter.az.24.01.2022. Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz istefa qərarı gündəmin başlıca müzakirə mövzularındandır. Maraqlıdır, Armen Sərkisyan vəzifəsindən niyə və ya kimin istəyi ilə istefa verib?

Sarkisyanın özü istefasını onunla əsaslandırdı ki, guya onun əlində daxili və xarici siyasətə təsir edəcək imkanlar yoxdur. Sarkisyanın bu açıqlaması gülünc və bir o qədər də absurddur. Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri açıq-aşkar göstərilir. Hər halda bunu Armen Sarkisyan özü də bilməmiş deyil.

Hesab edirəm ki, Armen Sərkisyanın vəzifəsindən istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan prezident olanda Ermənistanın Baş nazir Serj Sərkisyan idi. Serj Sərkisyanın Kremlə sadiq olması Armen Sərkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi. Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi Armen Sərkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.

Armen Sərkisyan üçün Serj Sərkisyan daha ciddi fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki, Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini artıraraq hakmiyyəti öz əlinə ala biləcəkdi. Prinsip etibarilə Ermənistanın 44 günlük müharibədə məğlub olması və bu məğlubiyyətdə Paşinyanın əsas günahkar kimi göstərilməsi də Sərkisyanın bu ümidlərini artırdı.
Təsadüfi deyil ki, son zamanlar Armen Sərkisyanın xarici siyasətdə aktivliyi müşahidə edilirdi. Onun son aylarda bir sıra ərəb ölkəsinə səfər etməsi, aktiv xarici siyasət yürütməyə başlaması buna misal ola bilər.

Sərkisyanın bir diqqət çəkən cəhəti də onun Böyük Britaniya ilə sıx əlaqələrinin olmasıdır. Hazırda onun əsas biznesi və maliyə kapitalı məhs bu ölkədədir. Bu həm də ondan xəbər verir ki, o da Paşinyan kimi Qərb tərəfindən dəstəklənirdi. Lakin son hadisələrdən sonra Sarkisyan da anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir.

Sərkisyanın istefası Paşinyana sərf edir

Məlum olduğu kimi, bir müddətdir Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya islahatlarına hazırlaşır. Düzdür, onun konstitusiya islahatlarına razılıq verməsinin görünən səbəbi məlum Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında rəsmi Bakı və Ankaranın ortaq tələbi olsa da, istisna deyil ki, burada Paşinyanın öz maraqları da var. Daha dəqiq desək, Paşinyan islahatlar keçirərək prezidentin səlahiyyətlərini artırmaq, daha sonra da özü prezident olmaq istəyir.

Ermənistanın yeni prezidenti kim olacaq?

Aydın məsələdir ki, Paşinyanın hakimiyyətini geniş səlahiyyətə malik prezident kimi davam etdirmək planı var. Buna görə də o, Armen Sarkisyanın səlahiyyət müddətinin 2025-ci ildə başa çatmasına qədər gözləmək istəmədi.

Armen Sərkisyanın istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Prezidenti isə parlament seçəcəck. Parlamentdə isə səs çoxluğu Paşinyanın blokuna malikdir. Ehtimal ki, Paşinyan indiki məqamda özünə sadiq bir formal prezidenti başa gətirib Ermənistanda tək güc olacaq. Konstitusya islahatlarından sonra isə özü prezident olacaq. Ancaq bu da bir reallıqdır ki, bunu qısa müddətdə etməsi mümkün deyil.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş