Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb



Newscenter.az.24.01.2022. Yanvarın 24-də Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üçün nəzərdə tutulan elektron ticarət üzrə onlayn seminarı başlayıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, seminarda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.

İsmayıl Hüseynov seminarda bildirib ki, koronavirus pandemiyasının beynəlxalq pərakəndə ticarətdə bir sıra məhdudiyyətlər yaratması xarici ticarət əməliyyatlarında qlobal elektron ticarətin həcmi ildən-ilə yüksəlir. Buna görə də ÜGT-nin Avropa Regionu üçün nəzərdə tutulan elektron ticarət üzrə seminarı elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, eləcə də bu sahədə bilik və bacarıqların artırılması və təcrübə mübadiləsi istiqamətində informasiya texnologiyalarının sürətli inkişafının əhəmiyyətini önə çıxarır.

DGK sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli dövlət quruculuğu və inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla və qlobal çağırışlara uyğun davam etdirilir. Digər sahələrlə yanaşı, iqtisadi sahədə aparılan islahatların da məqsədi dayanıqlı iqtisadiyyatın və əlverişli biznes mühitinin təmin olunması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsidir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqeyi tranzit və logistika imkanlarının genişlənməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması, ümumilikdə regionda beynəlxalq ticarətin inkişafı baxımından öz töhfəsini verir. 30 illik Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi regionda sülhün və inkişafın bərqərar olmasına əsaslı zəmin yaradıb. 10 noyabr 2020-ci il tarixdə imazalanan üçtərəfli bəyanatda əksini tapmış yeni nəqliyyat kommunikasiyalarının açılması regionda ticarət həcminin əhəmiyyətli dərəcədə artmasına, qloballaşan dünyada beynəlxalq ticarətin maneəsiz inkişafına öz töhfəsini verəcəkdir.

İsmayıl Hüseynov bildirib ki, ölkə ərazisində elektron ticarət iqtisadiyyatın prioritet sahələrindən birinə çevrilib. Elektron ticarətin inkişafı və təkmilləşdirilməsilə bağlı islahatlar fonunda müasir texnologiyaların tətbiqi ilə elektron layihələrin həyata keçirilməsi Dövlət Gömrük Komitəsinin daim diqqət mərkəzində olub. Elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq layihələrə "e.customs.gov.az" portalı və "Smart Customs" mobil tətbiqini nümunə göstərmək olar.

Çıxışının sonunda DGK sədrinin birinci müavini bir daha nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha ciddi şəkildə artırır və müasir texnologiyanın tətbiqi ilə modern sərhəd idarəçiliyi, eləcə də "bir pəncərə" sisteminin tətbiqi nəticəsində vahid sistemə inteqrasiya sahəsində bir çox uğurlar əldə edib.

Seminar yanvarın 28-dək davam edəcək.

Sevinc
Xəbəri paylaş