Newscenter.az.25.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri Bünyamin Aktaş və Azer Alioğlu ilə görüş keçirilib.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə üsulları, heyvanların peyvəndlənməsi və baytarlıq preparatları mövzusunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdəki heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə bağlı təqdimatla çıxış edib. Tədbirdə ölkə ərazisində baytarlıq nəzarətinin təmin olunması, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Dollvet” şirkəti 2002-ci ildən etibarən heyvan və ətraf mühitin sağlamlığı sahəsində bir çox biotexnoloji məhsullar, o cümlədən epidemik xəstəliklərə qarşı yüksək səviyyəli vaksinlər istehsal edir. COVID-19 peyvəndi olan “Turkovac” məhsulu da “Dollvet” şirkəti tərəfindən istehsal olunur.
Sevinc