Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü qar İstanbulda hərəkəti məhdudlaşdırıb, nazirlər şəhərə ezam olunub



Newscenter.az.25.01.2022. Türkiyənin İstanbul şəhərində dünəndən bəri intensiv şəkildə davam edən qarlı hava şəraiti bir çox rayonlarda sürücü və piyadaların hərəkətini məhdudlaşdırıb.

"Report"un yerli bürosu xəbər verir ki, xüsusilə şəhərin Bahçelievler, Beşiktaş, Küçükçekmece, Beylikdüzü, Çatalca, Kadıköy, Büyükçekmece, Esenyurt rayonlarında şiddətli qar yağışı yolun hərəkət hissəsində avtoqəzalara səbəb olub. Əlverişsiz hava habelə nəqliyyatın hərəkətinə məhdudiyyətlər yaradıb.

Son məlumata görə, İstanbulda qarın qalınlığı 85 santimetrə çatıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə İstanbula gedəcəklər.

Qeyd edək ki, dünən Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.
Xəbəri paylaş