Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabulda şadlıq sarayının icarədarı 4 000 manat cərimələnib



Newscenter.az.25.01.2022. Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Navahı kəndində fəaliyyət göstərən “Şahsaray” şadlıq sarayında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb.

Obyektin icarədarı İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub və o, 4 000 manat məbləğində cərimə olunub.

Mehman
Xəbəri paylaş