Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansısa sehrli və gözəgörünməz quvvə Paşinyanı və onun hakimiyyətini qoruyur?



Newscenter.az.25.01.2022. Ermənistan Prezidenti Armen Sarkisyanın istefa verməsinə müxtəlif şərhlər verilir. Təbii ki, normaldır. Ancaq bir məqamı diqqətdən yayındırmaq çox yanlış olardı. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən və təslimçi aktın Ermənistan tərəfindən imzalanmasından sonra demək olar ki, qonşu ölkənin bütün siyasi elitası istefa verdi.

Ən sonda konstitusiyaya görə hazırda dövlətin idarə edilməsində heç bir ciddi təsirə və rola malik olmayan Prezident Armen Sarkisyan da istefa verdi. Ancaq müharibənin getdiyi dövrdə Ermənistan Silahlı Quvvələrinin Ali Baş Komandanı olan və məğlubiyyətə uğrayan Nikol Paşinyan nəinki istefa vermədi, əksinə yenidən Baş nazir seçildi. Bəs bu nə ilə bağlıdır?!

Bəlkə Paşinyan bizim güman etdiyimizdən də uzaqgörən lider və praqmatik siyasətçidir? Xeyr, əsla! Onun dörd illik siyasətinə nəzər yetirmək kifayətdir ki, bunun tam əksini görək. Bəlkə, hansısa sehrli və gözəgörünməz quvvə Paşinyanı və onun hakimiyyətini qoruyur? Niyə?

Sualın cavabı çox sadədir! Bütün bunlar bizim regionda reallaşdırdığımız yeni reallıqlarla bağlıdır! Bəli, təkcə geosiyasi deyil, həm də geoiqtisadi, geohərbi, geoenrji və digər reallıqlar! Hansı ki, bütün dünya, xüsusilə də qlobal güclər də qəbul edir! Və bu prosesə qarşı çıxan istənilən şəxs və quvvə zərərsizləşdiriləcək. Ən yaxşı halda istefaya göndəriləcək!

Xəyal Bəşirov,
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Xəbəri paylaş