Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə 25 ədəd odlu silah aşkarlanaraq götürülüb



Newscenter.az.25.01.2022. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayı ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş