Newscenter.az.25.01.2022. Mərkəzi Asiyada enerji sistemində baş verən qəza Qazaxıstan, Qırğızıstan və Özbəkistanda böhrana səbəb olub.
APA TASS-a istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq hava limanı daxili və xarici reyslərin qəbulunu dayandırıb. Daşkənd metropoliteni də elektrik enerjisinin olmaması səbəbindən fəaliyyətini dayandırıb.
Qazaxıstan və Qırğızıstanda da elektrik enerjisi təminatında problemlər yaranıb.
Elektrik enerjisi təchizatında problemlər Qazaxıstanın Almatı vilayəti və Almatı şəhərində müşahidə olunur.
Almatı ilə yanaşı, qonşu regionlarda da elektrik enerjisi təchizatında problem yaranıb.
Qonşu Qırğızıstanın əksər ərazilərində, o cümlədən paytaxt Bişkekdə də işıqlar sönüb.
Qırğızıstan və Qazaxıstanda elektrik enerjisi təchizatı ilə bağlı problemlər qalsa da, yerli hava limanları təyyarə reyslərini qəbul etməyə davam edir.