Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təxribatçı Fransalı siyasətçilər layiqli cavablarını və cəzalarını almalıdırlar



Newscenter.az.25,01.2022. Ötən ilin dekabrın 22-də Fransada prezidentliyə namizəd Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi beynəlxalq hüquq prinsiplərinə təmamilə ziddir. Siyasi təxribat məqsədi daşıyan bu qanunazidd səfər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Azərbaycan ictimaiyyəti tərəfindən narazılığa və sərt reaksiyaya səbəb olmuşdur. Eyni zamanda Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri Fransada da təəssüf hissi ilə qaşılanmışdır. Belə ki, Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber qanunsuz səfərlə bağlı xüsusi bəyanatla çıxış etmişdir. Bəyanatda, Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi təxribatçı addım olaraq qeyd olunmuş və bu cür təxribatların regionda sülhə təhdid olduğu vurğulanmışdır.

Azərbaycan dövlətinin haqlı narazılığına Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian ölkənin Milli Assambleyasında ədəbsiz və absurd açıqlama vermişdir. Fransada preizdentliyə namizəd Valeri Pekresin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə haqq qazandırmağa çalışan Jan-İv Lö Drian Azərbaycan Prezidentinin, bu qanunazidd əməllərlə bağlı söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirmişdir. Əlbətdə Jan-İv Lö Drianın bu absurd və məsuliyyətsiz fikirləri, bir sıra amillərdən qaynaqlanır. İlk növbədə, bu cür sərsəm fikirlər Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin və mövcud reallıqların Fransada bəzi ermənipərəst dairələr tərəfindən hələdə qəbul edilməməsinin göstəricisidir. Bundan başqa Fransada prezidentliyə namizəd Valeri Pekresin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi qarşıdan gələn prezident seçkilərində erməni seçicilərinin səslərini qazanılmasına hesablanmışdır.

Ümumiyyətlə, beynəlxalq hüquq prinsiplərini qəti şəkildə pozan, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurumağa çalışan, Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsinə çalışan təxribatçı Fransalı siyasətçilər layiqli cavablarını və cəzalarını almalıdırlar.

Sədaqət Vəliyeva-Milli Məclisijn deputatı
Xəbəri paylaş