Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb



Newscenter.az.26.01.2022.
Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

Newscenter.az xəbər verir ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.

Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılır.
Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

Mehman
Xəbəri paylaş