Newscenter.az.26.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 25-də ölkə üzrə 438 ictimai iaşə obyektində 793 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 26/32 ünvanında yerləşən, fiziki şəxs Əzimov Murad Rüfət oğluna məxsus “Our Kebab Shop” restoranı;
2. Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən, fiziki şəxs Xıdırov Tural Mürsəl oğluna məxsus "Dəfnə" kafesi;
3. İsmayıllı şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Vasif Rahib oğluna məxsus “Qoşa samovar” çay evi;
4. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 81/13, m.3 ünvanında yerləşən, hüquqi şəxs “Şahzelı Group” MMC-yə məxsus “Pak Dad” restoranı;
5. Quba rayonu, Timiryazev kəndində yerləşən, fiziki şəxs Abdullayev Elşad Zöhrab oğluna məxsus “Şişa klub” kafesi;
6. Quba rayonu, H. Əliyev pr., ev 213 ünvanında yerləşən, fiziki şəxs Əlirzayev Alim Akif oğluna məxsus “İmperial” restoranı.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Sevinc