Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Gürcüstan arasında turizm əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub



Newscenter.az.26.01.2022. Yanvarın 26-da Gürcüstanın Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.

Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, görüş çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvirivişvili arasında birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.

Müzakirlərdə Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasının və bu sahədə iki ölkənin turizm sənayesinin üzvlərinin qarşılıqlı fəaliyyətinin məqsədəuyğunluğu vurğulanıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında turizm və mülki aviasiya sahəsində əməkdaşlığın prioritet istiqamətləri, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində turizmin bərpası və inkişafı, postpandemiya dövründə turizmin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

Xatırladaq ki, 2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi "Azerbaijan.Travel" adlı qonaq mərkəzi fəaliyyətdədir.

Sevinc
Xəbəri paylaş