Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT adından SAXTAKARLIQ: Elçin İsgəndərzadə Azərbaycanda mükafat paylayır



Newscenter.az.26.01.2022. "Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur".

Newscenter.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Rəşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər: "Sadəcə, bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur".

Rəşad Hüseynov təəssüf hissi ilə qeyd edib ki, bu hal birinci dəfə baş vermir:

"Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib".

Rəşad Hüseynov SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə, deputat Eldar Quliyev, aktrisa Suğra Bağırzadə və Ruhi Əliyevanın belə mükafat almaları ilə bağlı mətbuatda gedən xəbərlərin linkini təqdim edib:

"Böyük ehtimalla onlar UNCOPA-nın mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı (UN Public Service Awards) ilə səhv salıblar"

Məlumat üçün bildirək ki, mükafatı təqdim edən Elçin İsgəndərzadə özünü əməkdar müəllim, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri və yazıçı kimi təqdim edir
Xəbəri paylaş