Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədovanın Gəncliyə Yardım Fonduna (GYF) etdiyi müraciəti müsbət həll olunub



Newscenter.az.26.01.2022. Milli Məclisin deputatı Jalə Əhmədovanın Gəncliyə Yardım Fonduna (GYF) etdiyi müraciəti müsbət həll olunub.
 
Deputatın qərargahından Newscenter.az-a bildirilib ki, GYF fiziki məhdudiyyətli vətəndaşlar Tağıyeva Xalidə Mirmikayıl qızı, Abbasov Natiq Seyfəddin oğlu və Abbasov Ruslan Seyfəddin oğlunun əlil arabası ilə təmin edilməsinə köməklik göstərilməsi üçün 11 yanvar 2022-ci il tarixində göndərdiyimiz müraciəti müsbət həll edib.
 

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Salyan rayonunda yaşayan 16 yaşlı  Xalidə Tağıyevanı, Xızı rayonu Yeniyaşma qəsəbəsində yaşayan 43 yaşlı Natiq Abbasov və 40 yaşlı Ruslan Abbasov qardaşlarını yaşadığı ünvanlarında ziyarət ediblər. 
 
Hər üç şəxs əlil arabası ilə təmin olunub. 
 
Müraciətimizə bu cür operativ reaksiya verən və problemi müsbət həll edən GYF-in rəhbəri Ahmet Tecimə öz dərin təşəkkürümüzü bildiririk.

Ruhiyyə
Xəbəri paylaş