Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rubl dəyərini itirir



Newscenter.az.26.01.2022. Rubl Rusiya-Ukrayna gərginliyinin şiddətlənməsinə görə yaranmış geopolitik böhran səbəbindən dəyər itirir. Bugün, 1 dollar 79 rubla satılır, bu son 14 ayın ən aşağı kursudur. Rublun dəyər itirməsi Qərbin Rusiyaya sərt sanksiyaları reallaşacağı halda davamlı olacaq. Hətta 1 dollar 80 rubldan da baha ola bilər.

Bu halda Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq, bu maliyyə və səhm bazarlarına da təsir edəcək, şirkətlər də dəyərsizləşəcək. Artıq səhm bazarlarında da təlatümlər başlayıb, yalnız Rusiyada deyil, Qərbdə də səhm bazarlarında dalğalanmalar müşahidə olunur. 2 gün öncə S&P 500, Dow Jones, Nasdaq itkilərə məruz qalsa da onlar sonrada dəyər qazandılar və itkilərini bərpa etdilər.

Xammal ixracatından asılı Rusiya iqtisadiyyatı üçün dünya bazarlarında əlverişli konyuktura olsa da səhm və valyuta bazarlarında itkilər davam edir və getdikcə genişlənir.

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş