Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi və mədəni abidələr, yer adlarının istifadəsi ilə bağlı nizamlanmalı olan ciddi boşluqlar var



Newscenter.az.25.01.2022. "Son olaylar göstərdi ki, tarixi və mədəni abidələr, o cümlədən yer adlarının istifadəsi ilə bağlı nizamlanmalı olan ciddi boşluqlar var. Yəni, hər hansı abidənin, yaxud, mənəvi əhəmiyyətə malik yurd yerimizin adını istənilən şəxs istənilən obyektə, birliyə, komandaya verə, yaxud layiqsiz formada istifadə edə bilər və bizim də faktiki olaraq bu prosesə bir başa nəzarət mexanizmimiz yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, bu mənada İnzibati Xətalar Məcəlləsinin İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətaları nəzərdə tutan 38-ci fəslinə və Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunun Abidələrdən istifadə olunmasını nəzərdə tutan 4-cü fəslinə qeyd etdiyim məzmunda yeni maddələrin əlavə olunması dəyişikliyini ehtiva edən layihəni Milli Məclisə təqdim edib:

"Layihəyə əsasən, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa “Tarix və mədəniyyət abidələri, habelə, mənəvi əhəmiyyətə malik yer adları və rəmzlərdən istifadə” adlı 19-1-ci, İnzibati Xətalar Məcəlləsinə isə Tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən icazəsiz istifadə adlı 516-2-ci maddənin əlavə edilməsini təklif edirəm. Dəyişiklik tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəi nəzərdə tutur. Təbii ki, layihənin qiymətləndirilməsi və qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olacaq".
Xəbəri paylaş