Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub



Newscenter.az.27.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Newscenter.az xəbər verir ki, Agentlik müfəttişlərinin DİN-in Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları ilə birgə şəhər ərazisində keçirdiyi reyd zamanı sanitariya norma və qaydalara əməl olunmadan, baytarlıq ekspertizası aparılmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Sevinc
Xəbəri paylaş