Newscenter.az.27.01.2022. Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.
“Report”un məlumatına görə, bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.
"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.
Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.
“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib.