Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Hər bir vətəndaş vaxtında “buster doza” üzrə peyvənd olunmalıdır



Newscenter.az.27.01.2022. “Hazırda dünyada koronavirus infeksiyasının yeni ştamına yoluxanların sayı sürətlə artımaqdadır. Rəsmi statistikalarda dünya ölkələrində son iki həftə ərzində koronavirus infeksiyasına yoluxma hallarında dəfələrlə artım müşahidə olunmaqdadır. Sutka ərzində Fransada 500 000 yoluxma, Rumıniyada 20 min yoluxma olmaqla anti-rekord qeydə alınmışdır. Azərbaycanda da son günlər ərzində koronavirus infeksiyasına yoluxma sayı 3000-ni keçmişdir. Eyni zamanda uşaqlar arasında da koronovirus infeksiyasına yoluxma hallarında kəskin çoxalma müşahidə olunur. Son iki həftə ərzində Moskvada koronavirusa yoluxmuş uşaqların sayı 14 dəfə artaraq 2 mindən 28 minə yüksəlmişdir”.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti koronavirus infeksiyasının başladığı ilk gündən etibarən əhalinin sağlamlığının qorunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasınının həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək və nümunə olaraq dəyərləndirilib.

“Əlbəttə ki, koronavirus pandemiyası ilə mübarizədə vətəndaşlar sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadə olunmasına riayət etməli, vaksinasiya prosesində fəal iştirak etməlidirlər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, vaksinasiya prosesi koronavirus infeksiyasının yeni ştamlarının sürətlə yayılmasının qarşısının alınmasında yeganə çıxış yoludur:

“Bu mənada, hər bir vətəndaş gecikmədən vaxtında poliklinikalara üz tutaraq “buster doza” üzrə peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, fevral ayınıın 15-dən etibarən 2-ci dozadan sonra verilmiş “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti bitəcək. Vətəndaşların vaxtında buster doza” üzrə peyvənd olunmaq üçün poliklinikalara müraicət etməsi vaksiyasiya növbələrində sıxlığın və digər problemlərin yaşanmasının qarşısını alacaq. Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, özümüzü və cəmiyyətimizi qorumaq üçün peyvəndlənmə prosesində aktiv və məsuliyyətli davranmalıdır”.

Ruhiyyə
Xəbəri paylaş