Tacikistan hərbçiləri Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib
Tarix: 27-01-2022, 21:13
Newscenter.az.27.01.2022. Tacikistan Sərhəd Xidmətinin əməkdaşları Qırğızıstanla sərhəddə gücləndirilmiş rejimə keçib.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Müvafiq qərar Tacikistan-Qırğızıstan sərhədində yaranmış gərginliklə əlaqədardır.
Hər iki tərəfdən yerli hakimiyyət nümayəndələri münaqişənin həlli üçün bütün tədbirləri görürlər.
Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin nümayəndələri sərhəddəki münaqişənin təfərrüatlarını dəqiqləşdirirlər.