Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ziya Məmmədovun qardaşı barəsində cinayət işinin başlaması üçün məhkəməyə MÜRACİƏT EDİLDİ



Newscenter.az.27.01.2022. Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

APA xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Xəbəri paylaş