Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat “jurnalistlərə” səsləndi: “Təhqir söz azadlığı deyil” - VİDEO



Newscenter.az.28.01.2022. Milli Məclisin deputatı Jalə Əhmədova Modern.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-Bildiyimiz kimi, Milli Məclisdə “Media haqqında” qanun qəbul olundu. Bu qanunla media sahəsi tənzimlənir. Amma sosial şəbəkələrin fəaliyyəti qanunla təəssüf ki, tənzimlənmir. İstifadəçilər də bundan istər-istəməz sui-istifadə edirlər. Siz bir deputat olaraq, belə problem ilə qarşılaşırsınızmı və bununla bağlı necə mübarizə aparmaq olar?

-Sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləyən qanun yoxdur. Bu da kimliyini gizlədən “jurnalistlərin” yalan, böhtan olan məlumatların paylanmasına yol açır. Düşünürəm ki, bu, mütləq qanunla tənzimlənməlidir. Həmin şəxslər bunu söz azadlığı kimi qələmə verirlər. Söz azadlığı kimisə təhqir etmək deyil. Bir insanın fəaliyyətini müzakirə edə bilərik, lakin onun şəxsiyyətini təhqir etmək düzgün deyil. Bu da mütləq hansısa vasitə ilə tənzimlənməlidir. Təhqir olunmuş şəxslərin ailələri, yaxınları həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən tapılana qədər neqativ hala məruz qalırlar. Buradan sosial şəbəkə izləyicilərinə və blogerlərə səslənmək istəyirəm: Bu platformadan düzgün istifadə etsələr, daha çox faydalı ola bilərlər. Bir insanı təhqir etmək, söymək acizlikdir. Bu, öz uğursuzluğuna görə kiminsə uğuruna daş atmaq deməkdir. Belə bir çıxış yolu təklif edə bilərəm ki, sosial şəbəkə izləyiciləri və xəbər portallarını yaradan şəxslər qeydiyyatdan keçsinlər. Bu da lazım olan məqamda həmin insanların şəxsiyyətlərini müəyyən etmə də yardımçı olacaq.

-Sizcə, Azərbaycanda gender bərabərliyi və gender münasibətləri hansı səviyyədədir?

-Azərbaycanda gender bərabərsizliyi deyə bir şey müşahidə etmirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün uğurlu xanımların motivasiya mənbəyidir. Milli Məclisin spikeri xanımdır, parlamentin demək olar ki, yarısı xanımlardan ibarətdir. Dövlət qurumlarında ikinci vəzifədə bizdə xanımlar təmsil olunur. Digər iş yerlərində də xanımların yer tutmasının şahidi oluruq. Düşünmürəm ki, Azərbaycanda gender bərabərsizliyi deyə bir şey var. Qadınlara qarşı zorakılıq məsələsini vurğulayanda da belə deyə bilərəm ki, bu, dünyanın bütün ölkələrində var. Dünyanın başqa ölkələri ilə müqayisə etsək, hətta deyə bilərik ki, bu, Azərbaycanda daha azdır. Mən çox narazıyam ki, bəzi insanlar, təşkilatlar Azərbaycan kimi sivil ölkəni qadınlara qarşı zorakılığın baş verdiyi ölkə kimi təqdim etməyə çalışırlar. Bəli, bu problem var. Bununla bağlı dövlət bütün tədbirləri görür. Qanunvericiliyimizdə də bununla bağlı qanunlar qəbul edilir. Məsələ ilə bağlı hər kəs öz mübarizəsini aparır. Bizim xanımlar azaddır, kişilərdən də çox gözəl qayğı görürlər.

Ətraflı videoda:

Xəbəri paylaş