Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacıqabulda yaşayış yerini tərk edən COVİD-19 xəstəsi saxlanılıb

Hacıqabulda yaşayış yerini tərk edən COVİD-19 xəstəsi saxlanılıb


Newscenter.az.28.01.2022 Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib. Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş