Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin Türküstan tamaşası



Newscenter.az.28.01.2022. Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. Verilən ilkin məlumatlara görə, dünən saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar. Qarşıdurmalar zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər yaralanıb. Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar fasilə ilə davam edir. Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərin məhəl qoymadığı bildirilir.

Günahkar kimidir Tacikistan, yoxsa Qırğızıstan ?

Rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan əsas tərəf Tacikistandır. Misal üçün tərəflər arasında qarşıdurmalar zamanı ümumilikdə 17 nəfər yaralanıb. Onlardan 11-i Tacikistan, 6-sının isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. Aydın məsələdir ki, hücum edən, yada gərginliyi başladan tərəfin itkiləri daha çox olur. Digər bir məsələ də Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərinin məhəl qoymamasıdır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozur.

Təlimat Kremldən gəlib!

Hesab edirəm Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaların pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi olaraq da adlandırmaq olar.
Məsələ ondadır ki, Qazaxıstandakı hadisələr ilə Qırğızstan-Tacikistan sərhədində baş verən hadisələr arasında məntiqi əlaqə var. Belə ki, Kreml Türküstan tamaşasına ilk Qazaxıstanda başladı. Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artması sonrası baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərdi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi, sonda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istədi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu.

Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalarla isə Kreml Türküstan tamaşasının ikinci pərdəsinin başladığını elan etdi. Belə ki, Qırğızıstan Tacikistan sərhədində baş verən toqquşmalar Kremlin ssenarisi əsasında baş verdiyini sübut edən digər bir məsələ də Qırğızıstan Sərhəd Xidmətinin yaydığı məlumatdır. Belə ki, verilən məlumatda qeyd olunur ki, Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir. “Tacikistan sərhədçilərinin öz arsenalına aid olmayan minaatanlardan atəş açması, silahlı qüvvələrin qüvvə, vasitələrindən istifadə etməsi ölkələr arasında beynəlxalq və ikitərəfli müqavilələrin kobud şəkildə pozulması deməkdir” məlumatda qeyd edilir.
Məlumatdan da görünür ki, Tacikistan tərəfi bu hücuma öncədən özü də planlı şəkildə hazırlaşıb. Təlimat isə Kremldən gəlib.

Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir!

Əvvəla onu qeyd edim ki, Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən bəri var. Lakin Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur. Bunu rəsmi Moskva da yaxşı bilir və bu gün də bundan mahir şəkildə istifadə edir.

Kremlin planı qısaca belə xarakterizə etmək olar:

Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstana hücum etdirir. Beləcə əvvəldən bəri mövcud olan tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır.

İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda rəsmi Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayət etməyə çağırır. Bu faktiki olaraq KTMT-nin əslində isə Kremlin tərəflər arasında gərginliyin getdiyi əsas regiona fərqanə vadisinə gəlişi öncəsi anonsdur
Üçüncüsü, Qazaxıstanı tərk edən KTMT qüvvələri Fərqanə vadisinə gəlir, beləcə Kreml Türküstan tamaşasının ikinci pərdəsi başa çatır.
KTMT-nin baş katibi Stanislav Zas artıq Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb. Zas bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, nəticədə yaralıların olması ciddi narahatlıq doğurur:

“Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Bununla belə, KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır.

Zas əslində tərəflərə KTMT üzvü olduğunu xatırladaraq regiona dəvət etmələrini tələb edir. Kreml istəyi açıq və netdir. Mövcud gərginliyin bitməsi üçün KTMT qoşunları fərqanə vadisinə gəlməli, burada proseslərə nəzarət etməlidir. Fərqanə vadisinin önəmi hərkəsə məlumdur. Xüsusilə bu bölgə

Özbəkistana yaxınlığı ilə seçilir.

Kreml Fərqanə vadisinə nəzarət edərək Türküstan ssenarisinin 3-cü pərdəsi olan Özbəkistanı qarışdırmaq istəyir. Rəsmi Moskva buna nail olsa, arxa baxçasında tam nəzarəti ələ alacaq və bütün gücünü Ukrayna cəbhəsinə yönəldə biləcək.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş