Newscenter.az.28.01.2022. Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakini Habil Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. YPX-nin əməkdaşlarının “saxla” əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Mehman