Newscenter.az.28.01.2022. “Rəsmi Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Bu barədə bir neçə dəfə deyilib”, - o bildirib.
S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.
“ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.