Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" abonentlərinin sayı 2 milyon 400 minə çatdı



Newscenter.az.29.01.2022. “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 mininci abonentinin adı məlum olub.

Newscenter.az xəbər verir ki, bu barədə facebook sosial şəbəkə hesabı üzərindən məlumat verən İstehsalat Birliyinin sədri Ruslan Əliyev deyib ki, həmin şəxs paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Ədalət küçəsində qeydiyyatda olan Sevil İsgəndərovadır:

"Ailənin maddi durumunda sıxıntılar olduğundan Birlik bu fərdi yaşayış evinin qazlaşdırılmasını öz üzərinə götürüb. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Sevil xanımın 2 milyon 400 mininci abonent olduğu məlum olub. Bu məqsədlə abonentin fərdi yaşayış evini ziyarət etdik. Görüş zamanı tərəfimizdən abonentin ailə başçısına təşəkkürnamə və hədiyyə təqdim olundu. Ailənin həyat şəraiti və qayğıları ilə də yaxından maraqlandıq".

NEWSCENTER.AZ
Xəbəri paylaş