Newscenter.az.29.01.2022. "2 fevral- Gənclər günü münasibətilə II Qarabağ Müharibəsində şəhid olan gənc və yeniyetmə qardaşlarımızın ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Əziz gənc dostlarıma isə uğurlar arzu edirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal gənc Təbriz Abdullazadə səsləndirib. O bildirib ki, bu gün Azərbaycanın gəncləri müzəffər, qüdrətli Azərbaycanın gəncləridirlər:
"Gənclərin məşğulluğunun artırılması və onların rifahının yüksəldilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları var ki, bu istiqamətdə də zaman-zaman müvafiq addımlar atılır. Mən də bir gənc kimi öz üzərimdə çalışıb, vətənimə, xalqıma layiqli gənc olmağı qarşıma hədəf qoymuşam".