Newscenter.az.29.01.2022. 24-28 yanvar tarixləri arasında Fransanın Strasburq şəhərində hibrid formada keçirilən Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası davam etməkdədir. Nəzərinizə çatdıraq ki, AŞPA-da ölkəmizi təmsil edən Milli Məclisin deputatı Könül Nurullayeva sessiya çərçivəsində "Böhran dövründə idman siyasəti" mövzusunda düşüncə və təkliflərini yazılı formada qarşı tərəfə çatdırıb.
Newscenter.az xəbər verir ki, mətndə ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi böyük uğurlardan bəhs edən K.Nurullayeva, daha sonra Bakıda keçirilmiş Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 Avropa Qran Prisi və s. bu kimi çoxsaylı idman tədbirlərindən söhbət açıb.
Millət vəkili, həmçinin Azərbaycanda sağlam və fəal həyat tərzinin təbliğinə yönəlmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinə dair məlumatları işıqlandırıb. Könül Nurullayeva mətnin sonunda isə gələcəkdə baş verəcək hər hansı idman böhranının mənfi təsirlərinin azaldılmasında üzv dövlətlərə yararlı ola biləcək bir sıra təkliflər irəli sürüb.
Ruhiyyə