Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2020-ci il parlament seçkilərində ədəbsiz hərəkəti ilə yadda qalmış FUAD



Newscenter.az.30.01.2022. 2020-ci il parlament seçkilərində ədəbsiz hərəkəti ilə yadda qalmış Fuad adlı birisi indi də qardaş Türkiyənin bayrağına qarşı hörmətsizlik edib. O, Qara Qarayev metro stansiyasının yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsərək dövlət rəmzini yerə salıb. Əlbəttə ki, dövlət rəmzini təhqir edən Fuad polis tərəfindən saxlanılıb. Amma məsələ ondadır ki, özünü müxalifət və müstəqil aktivist adlandıranların yandaşı olan bu Fuadın qardaş ölkənin bayrağına qarşı təhqiramiz hərəkət etməsini təqdir edənlər də var.

Məsələn, Mübariz İbrahimovu cinayətkar adlandıran, qadınların ölümündən, boşanmasından qrant, ianə qazanan Nərmin Şahmarzadə statusunda yazıb ki, "dəyər insandır, bayraq deyil. "Qardaş dövlət" nədir, ala?". AXCP GK fəalı Fuad Əhmədli isə həyasızcasına yazıb ki, "təklif edirəm ki, məsələyə bir də həqiqi vətənpərvərlər kimi baxaq. Öz bayrağımızın altında bizlərə yaşadılanları da unutmayaq". Qardaşı 6 ay İsveç səfirliyində gizləndikdən sonra qadın paltarı ilə ölkədən qaçan Emin Hüseynovun qardaşı Mehman Hüseynov da özünəməxsus şəkildə Fuadın bayraq hörmətsizliyinə bəraət qazandırıb və s.

Belə görünür ki, ölkəmizdə milliliyimizə, bayrağımıza, dövlətçiliyimizə, eləcə də qardaş, dost olan ölkələrin dəyərlərinə hörmətsizlik edən, təhqir yağdıran bir qrup kvazilər formalaşıb. Onlar içimizdə olub, ermənidən artıq ermənilik edənlərdir. Bu gün qardaş ölkənin bayrağına hörmətsizlik edəni müdafiə edən bu anti-millilər sabah Azərbaycan xalqını da, dəyərlərini də təhqir etməkdən çəkinməyəcəklər. Bu səbəbdən də istər bayrağa qarşı hörmətsizlik edənlər, istərsə də belələrini müdafiə etmək yolunu seçənlər ciddi şəkildə qınağa məruz qoyulmalıdır. Əks təqdirdə düşmənin bu cür agentləri daha da azğınlaşacaq, dəyər hesab etdiyimiz amilləri məhv etməkdən çəkinməyəcəklər...

P.S. Qardaş ölkənin bayrağının bilərəkdən təhqir olunması ehtimal olunur. Bu hərəkəti edən Fuad da sifarişli addım ata bilər. Araşdırma gizlinləri ortaya çıxarmalı, həssas məqamda Azərbaycan-Türkiyə münasibətlərinə ləkə gətirməyə çalışanlar sərt şəkildə cəzalandırılmalıdır...

Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri
Xəbəri paylaş