Newscenter.sz.30.01.2022. Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucovla bağlı daha bir maraqlı məlumat yayılıb. Daha doğrusu Seymur Orucovun Ağstafa ilə yanaşı, ətraf rayonlarda da özünə biznes qurduğu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabından məlumat yayıb.
Newscenter.az Cavanşir Həsənliyə istinadən xəbər verir ki, gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub.
Belə ki, Keçmiş deputat və keçmiş rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib,
Məlumata görə, Gədəbəyin dağlarından 18 kilometr məsafədən diametri 1 metrlik borularla bulağın suyunu rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsinə çəkdirən icra başçısının sözügedən obyektində saatda 8000 litr suyun şüşələrə qablaşdırıldığı iddia olunur. Həmin qablaşdırılmış sular isə oradan "Bravo", "Bazarstore" "Grandmart", "Bizim market", "AlMarket" şəbəkələrinə çatdırılır.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ