Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Tarix: 30-01-2022, 23:48
Newscenter.az.30.01.2022. Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib
Bildirilib ki, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.