Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda gündəlik yoluxma sayı 5 minə yaxınlaşdı



Newscenter.az.30.01.2022, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 656 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib. 23 305 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub.
Xəbəri paylaş