Newscenter.az.30.01.2022. Rusiyanın Federal Dövlət Statistika Xidmətinin bu ölkədə əhalinin artım və azalma dinamikası ilə bağlı yanvarın 28-də açıqladığı rəqəmlər fəlakətli miqyasda olmaqla yanaşı, həm də Rusiyanın gələcək siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir.
Məlum olur ki, SSRİ-nin dağılmasından bu yana, ilk dəfə olaraq, bu ölkədə əhalinin hər il azalan sayı artıq 1 milyonluq həddi keçib - 1 milyon 40 min nəfər!
2021-ci il ərzində Rusiyada 1 402, 8 nəfər doğulduğu halda, ölənlərin sayı 2 445, 5 nəfər təşkil edib. Ölənlərlə doğulanlar arasındakı fərqə baxın – 1 042, 7 nəfər!
Daha bir dəhşətli rəqəmsə evlənənlərlə boşananlar arasında üzə çıxır. İl ərzində 923, 6 min nikah qeydə alındığı halda, 644, 2 min nəfər boşanıb!
Onu da vurğulayaq ki, bunlar hələ rəsmi qeydə alınmışlardır.
Təkcə bir ay ərzində - 2021-ci ilin dekabrında 63 754 nikah olubsa, 55 122 də boşanma qeydə alınıb!
Həmin ayda 117 946 körpə doğulduğu halda, 215 529 nəfər ölüb. Yəni, bir ayda ölənlərin sayı doğulanların sayından 97.583 nəfər çoxdur!
Beləliklə, bu rəqəmlər göstərir ki, 17 milyon kv.km.-lik sahə ilə dünyanın ən böyük və ən zəngin ərazisinə sahib Rusiya demoqrafik fəlakət astanasındadır və bu ölkə üçün qarşıdakı illərdə ən mühüm problem sürətlə boşalan ərazilərini necə doldura bilmək qayğısıdır.
Rusiya boşalan ərazilərinə getdikcə böyüyən və genişlənən, əhalisi sürətlə artan Çinin dolacağından çox narahatdır. Artıq Çinlə həmsərəd Uzaq Şərq rayonları qeydiyyatsız çinlilərin yeni məskunlaşma ərazilərinə çevilir. Üstün Çin geni isə sürətlə rusları öz içərisində əridir, dil və mədəniyyətlərini yoxa çıxarır.
Rusiya üçün əriyib yoxa çıxmamanın yeganə yolu vaxtilə eyni dövlət və mədəniyyət altında birləşdirməyə çalışdığı keçmiş sovet respublikalarını, xüsusilə də geniş demoqrafik artım potensialına sahib türk-müsəlman mənşəli respublikaları yenidən hər hansısa bir ittifaqda özünə bağlamasından keçir.
Rusiyanın qohum olmaq istədiyi coğrafiyanın əhalisi arasında isə Türkiyənin rolu və mövqeyi getdikcə güclənir.
Rusiya ilə Türkiyənin yaxınlaşmasını, sanki, indi Tanrı özü zərurətə çevirib.
Elxan Şükürlü-politoloq