Newscenter.az.30.01.2022. "Bayrağı yerə atanın Bakı haqqında stasunu oxumaq kifayət etdi. Üzündən də hansı millətin nümayəndəsi olduğu və kimə qulluq etdiyi aydındır. Çox heyif ki, bəzən belə populist adamların küyünə gedənlər tapılır".
Newscenter.az xəbər verir ki, bu fikirlər Bakı Politoqlar Klubunun açıqlamasında yer alıb. Klub bildirir ki, bəzi "hüquq müdafiəçilərinin" polisin onu niyə saxlaması ilə bağlı şərhləri isə qəbuledilməzdir və utancdır! Xarici bayrağın təhqir edilməsilə bağlı qanunun olmamasına istinad edənlər yaxşı olardı ki, vətəndaşlıq və millət mövqelərini ortaya qoyardılar:
"44 günlük müharibədə Azərbaycanın yanında olan və hazırda Qarabağda dalğalanan Türkiyə bayrağına qarşı mənəvi və etik çərçivədən kənar olan bu davranış,şəhidlərimizin ruhuna təhqirdir, bütövlükdə xalqımızın milli maraqlarına qarşı olan bir hərəkətdir. Təsadüfi deyil ki, onunla bağlı görünən tədbirlər ictimaiyyət tərəfindən alqışlanmaqdadır.
Sözsüz ki, son baş verənlər bir daha göstərdi ki, küçəyə çıxaraq bilərəkdən polislə toqquşmaq istəyənlərin məqsədi heç də bəyan etdikləri kimi hansısa azadlıqlarla bağlı deyil. Xarici donorların sifarişini yerinə yetirən bəzi kəslər istənilən iyrəncliyə hazırdırlar".
Mehman