Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin Putinlə görüşü “düyünü aça” bilər



Newscenter.az.30.01.2022. Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Ukrayna ətrafındakı durumla bağlı maraqlı məqamlara toxunub. O, bildirib ki, Moskva müharibə istəmir: “Amma Ukrayna ətrafında düşmənçilik yaratmaq istəyən qüvvələrin olması istisna deyil. Kimlərsə hərbi toqquşmada maraqlıdır”. Lavrov, əlbəttə, ABŞ-ı nəzərdə tutur. Çünki Qərb son vaxtlar proseslərə aydın müdaxilə gedir, ard-arda xəbərdarlıqlar səsləndirir. Hətta ABŞ qoşunlarının şərqi Avropaya yerləşməsi ilə bağlı məlumatlar da var. Şübhəsiz, bunlar Kremli narahat etməmiş deyil. Odur ki, Moskva artıq Vaşinqtonu düşmən kimi təqdim etməyə çalışır.

Lavrovun açıqlamasında diqqətçəkən ikinci məqam Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya dəvət etməsidir. O, bildirib ki, Zelenski istəsə Moskvaya, Soçiyə və ya Sankt- Peterburq gələ bilər. Nazir ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu söyləyib. Çünki Rusiya hansısa vasitəçiyə ehtiyac duymur. Əksinə, Moskva çalışır ki, Vaşinqtonun təsir imkanları minumum olsun. Bu məqsədlə də məsələni Ukrayna ilə öz arasında həll etmək niyyətindədir.

Əslində konfliktin diplomatik yolla həlli Zelenskinin də maraqlarına uyğundur. Odur ki, Prezidentn təklifi qəbul edərək, Rusiyaya gedəcəyini düşünmək olar. Amma dövlət başçısı tələsməyəcək. Əvvəlcə Qərb dövlətləri, xüsusilə ABŞ-la müzakirələr ola bilər. Çox güman, fevralın 7-8-də Fransa və Almaniya xarici işlər nazirləri- Jan-İv Le Drianla Annalena Burbokun Kiyevə səfəri zamanı da bu məsələ müzakirə olunacaq. Zelenskinin Rusiyaya getməzdən əvvəl ABŞ dövlət başçısı Cozef Baydenlə telefon danışığı və ya Amerikaya səfəri də gözləniləndir.

ABŞ çalışacaq ki, Ukrayna Rusiyada hücum mövqeyində olsun. Bunun üçün, çox güman, bəyanatlar, xəbərdarlıqlar hələlik səngiməyəcək. Zelenski Rusiyada elə "kartlar aça bilər" ki, bu, hər üç tərəfin- həm Moskvanın, həm Kiyevin, həm də Vaşinqtonun maraqlarına uyğun olsun. Hər halda indi müharibə kimsə üçün arzuolunan deyil.

Bu mənada, çox güman, Putinlə Zelenski arasında görüş olacaq. Və görüş böhranlı vəziyyəti qismən də olsa, yumşaldacaq.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov
Xəbəri paylaş