Newscenter.az.31.01.2022. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın onun ölkəsinə hücum edəcəyi riskini yüksək hesab etmir və CNN telekanalının daha əvvəl yaydığı məlumatda deyildiyi kimi, bu məsələ Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında son telefon danışığı zamanı tərəflər arasında gərginliyə səbəb olub. Bayden Zelenskini Rusiyanın müdaxiləsinin qaçılmaz olduğu haqda xəbərdar edib, Ukrayna prezidenti isə ABŞ-ı təhlükəni şişirtməkdə günahlandırıb.
Bu məzmunda xəbəri daha bir nüfuzlu ABŞ nəşri-demokratlara yaxın olan “Politico” yayıb. Xəbərdə deyilir ki, Zelenskinin Rusiyanın hərbi müdaxiləsi təhdidi barədə mövqeyi, onun arxayınlığı Bayden administrasiyasını “hiddətləndirib və özündən çıxarıb”. Belə ki, Zelenskinin administrasiyasında ABŞ-ın müharibə təhdidini Moskva ilə Donbassa dair mümkün sövdələşmə ərəfəsində “daha çox məkan əldə etmək üçün” şişirtdiyini düşünür.
Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun sədri