Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib-FOTOLAR



Newscenter.az.31.01.2022. Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadənin Abşeron rayonunda fərdi vətəndaş qəbulu olub.

Newscenter.az-a Şahin Seyidzadənin Deputat Qərargahından bildirilib ki, millət vəkili Abşeron rayonu Güzdək qəsəbəsində Şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, eləcə də Qobu, Pirəküşkül, Ceyranbatan, Güzdək qəsəbələrindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirib.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilib.

Vətəndaş qəbulu zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapıb, vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verib.



NEWSCENTER.AZ
Xəbəri paylaş