Newscenter.az.31.01.2022. Bir neçə gün əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Gədəbəy rayonunda qablaşdırıcı suların istehsalı ilə məşğul olan şirkət açması barədə yayılan xəbərlərə sözügedən rayonun İcra Hakimiyyətindən təkzib verilib.
Newscenter.az Rayon İcra Hakimiyyətinin yaydığı təkzib xəbərini təqdim edir:
"Məsələ ilə əlaqədar qeyd edirik ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy rayonunda biznesi mövcud deyildir. Məlumatda guya diametri 1 metr olan boru vasitəsi ilə 18 km uzunluğunda su xətti çəkildiyi qeyd olunur. Diametri 1000 millimetr olan boru vasitəsi ilə 1 bulaqdan istehsal müəssiəsinə eyni məhsuldarlıqla su xətti çəkilməsi real deyildir".
NEWSCENTER.AZ