Newscenter.az.31.01.2022. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Şəki şəhərində sahibkarlarla görüşü təşkil olunacaq.
Newscenter.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Şəki şəhəri, Sabit Rəhman küçəsi, 9 ünvanında - M.F.Axundov adına mədəniyyət və istirahət parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” fevralın 2-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.