Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ceyhun Məmmədov HESABAT VERDİ-FOTOLAR



Newscenter.az.31.01.2022. Dəyərli həmvətənlər!

Bildiyiniz kimi VI çağırış Azərbaycan Respublikası Milli Məclisi fəaliyyətə başladığı dövrdən fəaliyyətimizlə bağlı seçicilərimiz və media qarşısında hesabat təqdim etmişəm. Bu dəfə isə 2021-ci ilin payız sessiyası ilə bağlı hesabatı nəzərinizə çatdırıram.

Ötən müddətdə təmsil etdiyim 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən Milli Məclisin deputatı kimi mənə göstərilən etimadınızı doğrultmağa çalışdım. Əvvəlki dövrlərdə olduğu kimi 2021-ci ilin payız sessiyasında da həm Bakıda, həm də bölgələrdə seçicilərimizlə mütəmadi görüşlər həyata keçirdim. Edilən müraciətləri operativ cavablandırmağa, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmağa, həlli istiqamətində lazımi addımlar atmağa çalışdım. Onu da qeyd etmək istəyirəm ki, müraciətlər təkcə təmsil etdiyim 120 saylı seçki dairəsindən deyil, müxtəlif dairələrin seçiciləri tərəfindən də olunub.

Ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarına, saytlara fikir bildirmək, şəhid ailələri ilə sıx əlaqədə olmaq, gənclərin maarifləndirilməsi yolunda təşkil edilən tədbirlərdə iştirak fəaliyyətimin ən vacib istiqamətlərindən biri oldu.

Dəyərli seçicilərim! Diqqətinizə elektron formatda çatdırdığım hesabat 2021-ci ilin iyun-dekabr aylarını əhatə edir. Gələcək fəaliyyətimizdə də gördüyümüz işlər mütəmadi olaraq sizə təqdim olunacaq.

Dərin hörmətlə,
Ceyhun Məmmədov
Azərbaycan Respublikasının 120 saylı
Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı
Xəbəri paylaş