Newscenter.az.31.01.2022. Məlum olduğu kimi İsrail prezidentimin BƏƏ' yə rəsmi səfəri baş tutub. Dünən baş tutan səfər zamanı husilər BƏƏ-yə ballistik raket atıblar. Abu-Dabi aeroportunu hədəf alan raket Əmirliyin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Ehtimal edilir ki, səfər əsnasında bütün BƏƏ İsrail tərəfindən qorunurdu.
Qeyd etmək lazımdır ki, ərəb ölkələri içərisində BƏƏ İranla ən böyük ticarət dövriyyəsinə malik olan ölkədir. Pandemiyaya qədər onlar arasında ticarət dövriyyəsi 16-18 milyard dollara yaxınlaşmışdı.
Həqiqət budur ki, İsrail - ərəb dünyası arasında yaxınlaşmaya start verilib və Tehran təklildə bu münasibətlərin inkişafına zərbə vura bilməz. Amma digər həqiqət də ondan ibarətdir ki, Qərbdəki bəzi dairələr İranın nüvə silahı əldə etməsində maraqlıdırlar. Nə qədər qəribə səslənsə də, İranın nüvə silahı əldə etməsinə qarşı ilk növbədə İsrail, Rusiya, Türkiyə və təbii ki, ərəb dünyası çıxış edəcək. Lakin, Fransa və Britaniyanın öz ssenariləri var.
Fevral ayında isə, İsrail prezidentinin Türkiyəyə Ərdoğanla görüşü gözlənilir.
Baş verənlər ölkəmiz üçün də ciddi şəkildə önəm kəsb edir.
Zaur Məmmədov-politoloq