Newscenter.az.31.01.2022. Lənkəranda 17 yaşlı oğlan ölüb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları evdə ölüb.
Yaxınlarının dediyinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışıb. Lakin Elvar qəfil dünyasını dəyişib.
O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhətində hər hansı problemin olmadığı bildirilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib. Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.