Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallıda 15 yaşlı qızı NİŞANLADILAR

Masallıda 15 yaşlı qızı NİŞANLADILAR


Newscenter.az.31.01.2022. Azərbaycanda daha bir azyaşlı erkən nikahın qurbanı olub.

Newscenter.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, Masallı rayonu Alvadı kəndində 18 yaşına çatmayan qız ərə verilib.

"Bu məlumat bir neçə gündür sosial şəbəkələrdə dolaşırdı. Məlumatı dəqiqləşdirdim, fakt təsdiqini tapıb. Lakin 15 yaşında olduğu və uzun müddət uşağın təhsildən də kənarlaşdırıldığı deyilir. Bu il həmin qız 5-ci sinifdə fərdi təhsil alıb".
Xəbəri paylaş