Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanılıb



Newscenter.az.31.01.2022. Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı parkın “Kiçik körfəz” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Newscenter.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonu, Şirinsu kənd sakini Eldəniz Niftullayev olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma davam edir”.

Sevinc
Xəbəri paylaş