Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Ermənistan münasibətlərinin normallaşması Yerevanın Qarbağa iddialarından əl çəkməsinə gətirəcək



Newscenter.az.31.01.2022. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə intensiv tikinti layihələri həyata keçirməsi, Füzulidə hava limanın artıq uçuşları qəbul etməsi, Zəngilan və Laçında da hava limanın tikintisinin planlaşdırıması, Qarabağda etnik ermənilərin buradan köçməsinə gətirib çıxarır. Onlar dörd tərəfdən artıq məskunlaşmanın olacağını, aeroportların hərbi məqsədlərə xidmət edəcəyini əsas gətirib Qarabağda yaşamağın onlar üçün məqbul olmadığının fərqindədirlər.

Separatçıların başçısı Arayik Arutunyan Rusiyanın himayəsi ilə Xankəndində oturub. Demək olar ki, Qarabağda Rusiya hərbiçilərinin məsuliyyət zonasında yaşayan ermənilər beş ilə bu ərazilərdən köçməli olacaq. Arayik Arutunyanda bunun fərqindədir. Qeyd edim ki, Xankəndində Rusiya məxsus marketlər açılıb, burada ucuz qiymətə ermənilərə ərzaq məhsulları satılır. Məqsəd ərzaq problemini həll etməkdir.
Həmçinin etnik ermənilərin yaşadığı ərazidə infrasturuktur yox, yaşayış üçün münbit ərazilər Azərbaycanın nəzarətindədir. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya-demarkasiyası və Türkiyə Ermənistan arasında münasibətlərin normallaşması rəsmi Yerevanın Qarbağa iddialarından əl çəkməsinə gətirəcək.

Artıq N.Paşinyan Qarabağ adını çəkmir. Amma, buradakı ermenilərə vəsait ayırıb. Ümumi proseslər Azərbaycanın leyniədir. Amma, Rusiya tərəfi hələdə qanunsuz silahalı erməni birləşmələrini Qarabağda qoruyur. Onların silah sursatı Rusiya tərəfindən təchiz edilir. Bu da Azərbaycana əsas verir ki, buradakı silahlı erməni birləşmələrinin silahlanmasının qarşısını alma üçün Yerevan və Moskvadan tələb etsin.

Milli Cəbhə partiyası olaraq Laçın dəhlizinə Azərbaycanın təhlükəsizlik orqanlarının nəzarət postunun yaradılması və Rusiya ilə konkret bu məsələ ətrafında danışıqlar aparılmasını labüd hesab edirik. Çünki silahlı erməni birləşmələri Azərbaycanın suverenliyinə təhdiddi və Laçın dəhlizindən onların hərbi lojistikası həyata keçirilir.

Məhəmməd Əsədullazadə-Milli Cəbhə Partiyasının sədr müavini
Xəbəri paylaş