Newscenter.az.31.01.2022. Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi fatkı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır", - məlumatda bildirilib.
Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.